Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 31-də səhər saatlarında qeydə alınıb. Belə ki, 10-NX-226 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil ilə 10-XJ-471 dövlət nömrə nişanlı “VAZ-2106” markalı nəqliyyat vasitəsi toqquşub.
Şahidlərin sözlərinə görə, hadisəyə sürücülərdən birinin ara məsafəsini düzgün saxlamaması səbəb olub.
Qəza nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin