Sumqayıtda QƏZA: ölən var

21.05.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Bakı-Quba magistral yolunun Sumqayıt şəhəri ərazisindən keçən 30-cu km-də baş verib.

Həsənov Ramazan Habil oğlu idarə etdiyi "Mercedes ML 320" markalı avtomobil ilə yol kənarında dayanmış piyada Abdullayev Samiq Fərhad oğlunu vuraraq, ağır xəsarət yetirib. Daha sonra idarəetməni itirərək, “Man” markalı avtomobilin yarımqoşqusuna çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin 39 yaşlı Rzayev Ruslan İsmayıl oğlu aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью