Sumqayıtda qəza olub: 2 piyada xəsarət alıb

25.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Sumqayıtda avto-qəza baş verib, 2 piyada xəsarət alıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı bağları ərazisində qeydə alınıb.

2008-ci il təvəllüdlü Elvin Mahmudov idarə etdiyi “Opel” markalı avtomobillə piyadalar, 1988-ci il təvəllüdlü Şəbnəm Aləm qızı Məsimovanı və 2009-cu il təvəllüdlü Nəzrin Həbib qızı Məsimovanı vurub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Fakt araşdırılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью