Sumqayıtda qəza: Zərbədən avtomobilin ön təkəri qoparaq yola düşdü VİDEO

14.07.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 13-də axşam saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-YC-211 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobil 50-BV-364 dövlət qeydiyyat nişanlı “Nissan” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Zərbənin təsirindən “Changan” markalı avtomobilin ön təkəri qırılaraq yola düşüb.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью