Sumqayıtda QONŞU DAVASI: Qadın dəmirlə döyüldü

07.01.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Sumqayıtda qonşular arasında dava olub, qadın dəmirlə döyülüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Səbəbi bilinməyən mübahisə zamanı 1983-cü il təvəllüdlü Şərifov Mikayil Nurəddin oğlu qonşusu 1958-ci il təvəllüdlü Ələkbərova Mehparə İmanqulu qızına dəmir parçası ilə xəsarət yetirib.
Yaralı xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью