Sumqayıtda reabilitasiya mərkəzindəki yanğında xəsarət alan şəxsin SON DURUMU

06.03.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.03.2025-ci il tarixində saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalı sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Pasiyentin hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verib. Yanğının genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью