Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Xəzər dənizinin Hacı Zeynalabdin qəsəbəsindən keçən sahil hissəsində qeydə alınıb.
Belə ki, Asif Muxtarov adlı şəxs dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Asif Muxtarov sabiq futbolçu Nicat Muxtarovun atasıdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.