Sumqayıtda sakinlərin problemi həll edildi

04.06.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Sumqayıtda su borusunda problem yaranıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Katej qəsəbəsi adlanan ərazidə, Xan Şuşinski küçəsi 2 ünvanında baş verib.

Vətəndaşın sözlərinə görə, 1 həftəyə yaxındır yerdən içməli su çıxır. Nəticədə ciddi su itkisi yaranır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvana su xəttində baş verən qəza ilə əlaqədar Sumqayıt Sukanal İdarəsinin qəza briqdası cəlb edilib. Axıntının qarşısı alınaraq xətt təmir olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью