Sumqayıtda səkini zəbt edib OBYEKT TİKİRLƏR? VİDEO

13.05.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində piyada səkisi zəbt olunub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sakinlər şikayət ediblər.

Qeyd olunub ki, səkinin üstündə dəmir konstruksiyalar quraşdırılmaqla hansısa obyekt tikilir.

"Burada obyekt tikiləndə biz gərək avtomobil yolu ilə hərəkət edək", - deyə sakin bildirib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, ərazidə yüngül konstruksiya quraşdırma işləri aparılır.

"Müvafiq sənədlər mövcuddur, inşaat pasportu alınıb və obyekt öz istifadəsindədir. Uzun illərdir ki, fəaliyyət göstərir və yeni layihəyə uyğun şəkildə təkmilləşdirilir", - deyə məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью