Sumqayıtda sərnişin avtobusu işıq dirəyinə çırpılıb: yaralananlar var

22.07.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Əmirov Aqil Yaşar oğlu tərəfindən idarə olunan “İsuzu” markalı avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yolun ortasındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı avtobusda olan sərnişinlər – Sumqayıt şəhər sakinləri, 2005-ci il təvəllüdlü Alıyev Pünhan Ehsan oğlu, 1995-ci il təvəllüdlü Mustafayeva Qönçə Mehman qızı və Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Cəlilov Xocaxan Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью