Sumqayıtda silah sursat aşkarlanıb

18.11.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

"Unikal" xəbər verir ki, "Kimyaçılar" yaşayış massivinin dənizkənarı hissəsində AKC-74 markalı, 5,45 çaplı avtomat silahı, ona məxsus bir ədəd daraq və 17 ədəd patron tapılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Silah-sursatın mənşəyi və əraziyə hansı şəraitdə düşməsi istiqamətində tədbirlər davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью