Sumqayıtda silah sursat aşkarlanıb

30.01.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb. SİA-nın məlumatına görə, hadisə şəhərin "Yaşma bağları" ərazisində qeydə alınıb.

Dənizkənarı ərazidən 1 ədəd “Clock 26C” markalı travmatik tapança,1 ədəd süngü bıçaq,1 ədəd “RPQ-7” qumbaraatana aid optik görmə cihazı və ləvazimatları,içərisində 25 ədəd 5,45 mm patron olan 1 ədəd daraq və 4 ədəd kiçik ölçülü şüşə qabda civəyə bənzər maddə aşkar olunub.

Tapılan silah-sursat aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью