Sumqayıtda SOCARın zavodunda yanğın barədə xəbər yalandır

11.11.2024

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın baş verməsi barədə bəzi media resurslarında yayılmış xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, belə bir yanğın baş verməyib.

“Media subyektlərindən məlumat yayarkən rəsmi qurumlarla dəqiqləşdirmə aparılmasını bir daha xahiş edirik”, -məlumatda vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью