Sumqayıtda “Söz” bayramı

03.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsi və 1 nömrəli Uşaq-Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Söz – 2026” bayramı keçirilib.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin şəhərdə artıq ənənə halını almış “Söz bayramı”nın mərhum şair Sabir Sarvanın ideyası əsasında həyata keçirildiyini xatırlayaraq M.Füzulinin “Söz” qəzəlini söyləyib. Sonra ağsaqqal şair Əvəz Mahmud Lələdağ sözün insan həyatında rolu və yerindən danışıb.

“Azərtac”ın müxbiri Ətrabə Rzayeva və “Sumqayıt” qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı yeni ədəbi nümunələrin oxuculara çatdırılmasında və ədəbi prosesin izlənilməsində medianın rolundan söz açıblar.

Filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu, şairlər Rafiq Oday, Xəqani Abbasəli Öztürk, Asif Asiman, Mirzəcan Ağabalayev, Akif Amal, İlqar Həbibi, Hikmət Fərzəli yeni şeirlərini oxuyublar.

Bayramda poetik söz musiqi melodiyaları ilə müşayiət olunub.

Ə.DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью