Sumqayıtda sürücü cərəyan vurması nəticəsində ölüb

01.04.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə “Yaşma bağları” ərazisində qeydə alınıb.

1970-ci il təvəllüdlü İldırım Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzanı qaldırarkən kuza yüksək gərginlikli elektrik xəttinə toxunub. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью