Sumqayıtda sürücü keçiddən keçən piyadanı vurdu

27.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhərində piyadanın vurulmasıyla nəticələnən yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 26-da səhər saatlarında qeydə alınlb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı maşın keçiddən keçən piyadanı vurub. Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. Şahidlərin iddiasına əsasən, piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qeyd edək ki, sözügedən ərazidə bir müddət əvvəl də piyadavurma hadisəsi baş vermişdi. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью