Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Sumqayıt şəhəri, Koroğlu küçəsində (Sumqayıt Dövlət Universitetinin qarşısında) xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 22-də saat 16:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu keçiddən keçən piyadanı vurub. Yaralıya yaxınlıqdakı vətəndaşların dərhal yardım göstəriblər. Xəsarət alan şəxs təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin