Sumqayıtda sürücü maşını nasaz vəziyyətdə sürüb əks yola çıxdı VİDEO

05.03.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt şəhərində qayda pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 77-PG-452 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn maşının hərəkətinə əngəl törədərək ona təhlükə yaradıb. Eyni zamanda qayda pozan sürücü maşını nasaz vəziyyətdə (sağ arxa işıq cihazı olmadan) idarə edib.  

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью