Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanı Sumqayıt şəhərində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb onlara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə məlumat verilib.