Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sumqayıt şəhəri, Bakı küçəsində yolun istifadəyə yararsız olması sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən sürücülərdən biri yolun vəziyyətini videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Kadrlardan görünür ki, yolun səthi nahamar və yamaqlı vəziyyətdədir. Bu səbəbdən hərəkətdə olan avtomobillər çalalara düşərək bir tərəfdən digər tərəfə atılır, sürücülər isə avtomobillərini idarə etməkdə çətinlik çəkirlər.
Sürücü görüntülərə kinayəli şəkildə münasibət bildirərək, “böyrəyində daşı olan sürücülər bu yoldan istifadə edə bilərlər” deyə qeyd edib.
Qeyd edək ki, paylaşım sosial şəbəkə istifadəçiləri arasında da müzakirələrə səbəb olub. İstifadəçilər yolun bu vəziyyətinin uzun müddətdir davam etdiyini, şəhərin digər küçələrində də oxşar problemlərin olduğunu bildiriblər.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227299.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar