Sumqayıtda sürücülərin yol nişanı ilə imtahanı : Görməyi bacaran təəccüblənir

30.01.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsinin çıxışında, yol kənarındakı nişan sürücülərin marağına səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə yayılıb.

Videoda görünür ki, yolun sağ tərəfindəki baryerlərin arxasında quraşdırılmış nişanı sürücülərin görməsi mümkün deyil, bu isə təhlükəli vəziyyət yarada bilər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda uyğunsuzluq qısa zamanda aradan qaldırılıb.

"Nişan ərazidən götürülüb", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью