Sumqayıtda sürücünü tok vurub öldürdü

01.04.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzanı qaldırarkən 10.000 kv-luq elektrik cərəyan xəttinə toxunub.

Sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(apa)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью