Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qoparıb

04.09.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qoparıb.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Bayramov Nurlan Arif oğlu ilə tanışı arasında mübahisə zamanı dava düşüb. 

Hadisə zamanı Nurlan Bayramov tanışı Zaur adlı şəxsin qulağını dişləyərək qoparıb. 

Nəticədə zərərçəkən xəsarət alıb. 

Əldə etdiyimiz məlumata görə, xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub.

Əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью