Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır

02.11.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində təxminən 5-6 yaşlarında eşitmə və danışma qüsuru olan uşaq tapılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən azyaşlı xəstəxanaya yerləşdirilib.

Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 655-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng etmələri xahiş olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью