Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Sumqayıtda bir qrup təmizlik işçisi maaşlarını ala bilmədiyi üçün narazılıq edir.
BAKU.WS xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, təmizlik işçiləri iki aya yaxındır əməkhaqqı ala bilmir.
Məsələ ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, təmizlik işçilərinin əməkhaqlarının ödənilməsində yaranmış gecikmə ilə bağlı məsələ aradan qaldırılıb. Əməkhaqlarının yaxın saatlarda işçilərin hesablarına köçürülməsi təmin olunacaq.