Sumqayıtda U 17 yeniyetmələr arasında Abşeron Xızı region birinciliyi start götürüb VİDEO

25.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt Olimpiya İdman Kompleksində U-17 yeniyetmələr arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi start götürüb.

İdman.Biz xəbər verir ki, turnirdə Abşeron, Xızı və Sumqayıtdan 219 cüdoçu mübarizə aparır.

Bildirilib ki, yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin, U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Region birinciliyini Azərbaycan Cüdo Federasiyasının rəsmi "YouTube" kanalı vasitəsilə canlı izləyə bilərsiniz.

Tatami 1:

Tatami 2:

Tatami 3:

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью