Sumqayıtda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza olub

21.04.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, "Kia","Renault" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası çatdırılıb.

Onların müalicə və müayinələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью