Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək

02.12.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, dekabrın 7-də təşkil ediləcək oyunlarda 130-dan çox uşaq 6 idman növü üzrə (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parastolüstü tennis, boccia) müxtəlif kateqoriyalarda mübarizə aparacaq.

Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması, eləcə də Azərbaycanı beynəlxalq arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью