Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək AZƏRTAC

02.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 dekabr, AZƏRTAC

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, dekabr 7-də təşkil ediləcək Oyunlarda 130-dan çox uşaq 6 idman növü üzrə (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parastolüstü tennis, boccia) müxtəlif kateqoriyalarda mübarizə aparacaq.

Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edəcək yeni nəslin formalaşdırılmasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью