Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək İdman və Biz

02.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, dekabrın 7-də təşkil ediləcək Oyunlarda 130-dan çox uşaq paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parastolüstü tennis və boccia növlərinin müxtəlif kateqoriyalarda mübarizə aparacaq.

Uşaq Paralimpiya Oyunlarının keçirilməsində əsas məqsəd əlilliyi olanlar idmana cəlb olunması, eləcə də, Azərbaycanı beynəlxalq arenalarında layiqincə təmsil edəcək yeni nəslinin formalaşdırılmasıdır.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью