Sumqayıtda velosiped oğurluqlarının qarşısı alınıb Həbslər var

18.11.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərində yaşayış binalarından velosiped oğurluqlarının qarşısı polis tərəfindən alınıb.

“Qafqazinfo” xəbər verir ki, Zahid Məcidov, Mayıl Mayılov, Amid Məhərrəmov, Rizvan Xəlilov şəhərin müxtəlif ərazilərində yerləşən yaşayış binalarının bloklarına daxil olaraq mənzillərin yaxınlığında, əsasən ümumi istifadə sahələrində saxlanılan velosipedləri oğurlayıblar.

Onlar oğurladığı velosipedləri diqqət çəkməmək məqsədilə müxtəlif ünvanlarda gizlədərək sonradan satmağı planlaşdırıblar. Satılan bəzi velosipedlərin yerinin müəyyən olunaraq sahiblərinə qaytarılması üçün tədbirlər görülür.

Polis tərəfindən saxlanılan şəxslər həbs ediliblər. Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью