Sumqayıtda vəsiqə uğrunda gərgin mübarizə

28.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 30-da 20 yaşadək gənclər arasında cüdo üzrə Abşeron-Xızı regional birinciliyinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksinin ev sahibliyi edəcəyi yarışda 16 klub və idman cəmiyyətindən ümumilikdə 88 cüdoçu mübarizə aparacaq.

Bölgə birinciliyinin təşkilində əsas məqsəd müəyyən olunmuş kvotalara uyğun olaraq ölkə çempionatında iştirak hüququ əldə edəcək perspektivli idmançıları seçməkdir.

Yarış zalına azarkeşlər üçün giriş sərbəst olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью