Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Sumqayıtın "Yaşıl dərə" yaşayış massivində Acıdərə kanalının daşması ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, sakinlər bildiriblər ki, kanalın məcrasından çıxması ətraf ərazidə xoşagəlməz qoxunun yayılmasına və antisanitar şəraitin yaranmasına gətirib çıxarıb. Onların sözlərinə görə, problem xüsusilə yağışlı havalarda təkrarlanır və yaşayış massivində ciddi narahatlıq yaradır.
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı (İŞST) qurumuna sorğu göndərilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)