Sumqayıtda yanan zavodla bağlı yeni məlumatlar üzə çıxıb

28.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərinin Tuğ zavod qəsəbəsində yerləşən Metaltexnologiya MMC-də yanğın baş verib. Hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

“Cebheinfo.az” xəbər verir ki, zavodun sahibi Çingiz Davudovdur. Onun sözlərinə görə, Hafiz Seyidov müəssisəni icarəyə götürüb. Hazırda tərəflər arasında icarə müqaviləsinin saxtalaşdırılması ilə bağlı ciddi mübahisə yaşanır.

Çingiz Davudov iddia edir ki, Hafiz Seyidov öz bacısı oğlu ilə əlbir olaraq icarə müqaviləsinin müddətini qanunsuz yollarla uzadıb. Həmçinin müqavilədə əvvəlcədən razılaşdırılmış şərtlərə birtərəfli qaydada dəyişikliklər edilib.

Bununla əlaqədar Çingiz Davudov məhkəməyə müraciət edib. Hazırda iş Sumqayıt Kommersiya Məhkəməsində hakim İslam Əliyevin icraatındadır.

Sahibkar bildirib ki, ona qarşı yol verilən qanunsuzluqların məhkəmə qaydasında aradan qaldırılacağına, qanunun aliliyinin təmin olunacağına və ona məxsus zavodun təhlükədən xilas ediləcəyinə inanır.

Çingiz Davudov məsələ ilə bağlı əminliyini belə ifadə edib:

“Əminliklə bildirirəm ki, məhkəmə işə ədalətli baxacaq, yaradılmış saxtakarlıqlar aradan qaldırılacaq”.

Qeyd edək ki, icarə müqaviləsinin saxtalaşdırılması ilə bağlı iddialar Çingiz Davudovun mövqeyidir. Məsələ ilə bağlı məhkəmənin yekun qərarı məlum deyil.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью