Sumqayıtda yanğın: 3 nəfər xilas edildi (YENİLƏNİB+VİDEO)

11.10.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Qüvvələrin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin 13 m² sahədə yanar konstruksiyaları yanıb, yüksək temperaturun təsirindən beşinci mərtəbədə quraşdırıılmış kondisioner mühərriki əriyib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı beşinci mərtəbənin eyvanında köməksiz vəziyyətdə qalmış 1 uşaq və 2 qadın xüsusi təyinatlı texnika - avtonərdivan vasitəsilə xilas edilib.

***19:29

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın binanın dördüncü mərtəbəsindəki mənzilin mətbəxində baş verib.

Yanğın qısa müddətdə söndürülüb. 



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью