Sumqayıtda yanğın oldu Təxliyə olunanlar var

01.12.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin birinci mərtəbəsində quraşdırılan elektrik lövhəsində üç ədəd elektrik sayğacı, altı ədəd qoruyucu açar və iki poqonometr elektrik kabeli yanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən üç nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

"Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью