Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Bu barədə Missiya.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.