Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib

16.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

Hadisəyə cərəyən xəttinə taxılan şarj aparatının partlamasının səbəb olduğu buldirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью