Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Sumqayıt şəhərində yaşayış binasında yanğın başlayıb.
Məlumata görə, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.
Yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir(report).