Sumqayıtda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə EDİLDİLƏR

16.12.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə ediliblər.

Oxu.Az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə ediliblər.

Hadisəyə cərəyan xəttinə taxılan şarj aparatının partlamasının səbəb olduğu buldirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью