Sumqayıtda yaşayış binasında yanğın söndürüldü YENİLƏNİB

16.12.2024

Bakupost saytına istinadən Icma.az xəbər verir.

Sumqayıtda yaşayış binasında yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə nəticəsində zirzəmidə yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar kostruksiyaları 15 kv.m. sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində binanın iki sakini təhlükəsiz əraziyə təxliyə olunub.

20:15

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib.

Bakupost.az xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

Hadisəyə cərəyən xəttinə taxılan şarj aparatının partlamasının səbəb olduğu buldirilir.

Faktla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью