Sumqayıtda yaşayış binasının zirzəmisində yanğın baş verib

16.12.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıtda yanğın baş verib

APA xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı binasının yaşayış olan zirzəmisində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan 1 ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

Hadisəyə səbəb cərəyən xəttinə taxılan adapterin partlamasının olduğu buldirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью