Sumqayıtda yataqxana binasında yanğın oldu

24.12.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, dekabrın 23-də Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью