Sumqayıtda yataqxanada yaşayan sakinlər TƏHLÜKƏDƏ GÖRÜNTÜ

06.09.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yataqxana binası qəzalı vəziyyətə düşüb... Bura Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 5A saylı yataqxanadır...

Modern.az xəbər verir ki, sakinlərin sözlərinə görə, binanın hazırkı vəziyyəti artıq adi narahatlıqdan daha ciddi təhlükəyə çevrilib. Divarlarda və döşəmələrdə yaranan çatlar, ovulmuş daşlar və dağılmış hissələr binanın uzun illərdir baxımsız qaldığını göstərir:

Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər.

Onlar deyir ki, müraciət etmələrinə baxmayaraq, bu günə qədər binanın əsaslı təmiri istiqamətində konkret tədbir görülməyib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat İstismar Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügüdən yataxaqxana hazırda onların balansında deyil. Məhz bu səbəbdən 5 A saylı yataqxanada təmir bərpa işlərinin görülməsi mümkün deyil.

Sakinlər aidiyyəti qurumlardan binaya baxış keçirilməsini, yataqxananın texniki vəziyyətinin qiymətləndirilməsini, problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini gözləyirlər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью