“Sumqayıt”da yeni müqavilə

02.05.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sumqayıt” 2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” müdafiəçi İsa Sulimanla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.

Qeyd edək ki, 2023/24 mövsümündən “Sumqayıt”da çıxış edən İsa Suliman 27 Premyer Liqa və 2 kubok matçında meydanda olub. O, bu matçlarda 4 qol vurmağa nail olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью