Sumqayıtda yeniyetmə qızı maşın vurub Vəziyyəti ağırdır

14.01.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

13.12.2025-ci il tarixində saat 19:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub. Sözügedən şəxsə xəstəxananın Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.

Modern.az xəbər verir ki, bu açıqlamanı Sumqayıt Tibb Mərkəzi verib.

Məlumata görə pasiyent sağ körpücük sümüyün atromial sınığı, sol bazu sümüyünün yuxarı üçdə birinin yerdəyişməyən sınığı diaqnozları və kəllə-beyin travması diaqnozu şübhəsilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti orta ağır qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью