Sumqayıtda yeniyetmələr rəqəmsal mühitdəki gizli narkotik riskləri barədə məlumatlandırılıb

05.11.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda tədbir təşkil edilib.

Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Sumqayıt Şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.

Mövzu ətrafında çıxış edən nümayəndələr narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, onun törətdiyi sosial bəlalar, həmçinin psixoaktiv maddələrin xüsusiyyətləri və narkotikdən istifadənin risk amilləri, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılmasının vacibliyi barədə ətraflı məlumat veriblər.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, habelə “Yeniyetmələr və gənclər üçün”, “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” adlı maarifləndirici materiallar şagirdlərə paylanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью