Sumqayıtda yol çökdü

13.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində kanalizasiya xəttində baş verən qəza yolun çökməsinə səbəb olub.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Küçədən keçən 650 millimetrlik kanalizasiya xəttində yaranan qəza nəticəsində yolun müəyyən hissəsində çökmə baş verib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, hazırda ərazidə qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью