Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18.06.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İyun ayının 17-də Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Sonata” markalı avtomobil yolu keçmək istəyən iki qadını vurub. Nəticədə piyadalardan biri Cabbariva Xalidə hadisə yerində həyatını itirib, digəri isə xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью