sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 32-ci turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" "SOCAR Polymer Arena"da "Kəpəz"lə qarşılaşır.
Bu oyun hər iki kollektiv üçün formal xaraktert daşıyır. Qonaqların elitanı tərk etməyəcəyi məlumdur. Nominal meydan sahiblərinin isə avrokuboklara yollanmayacağı isə hələ bir neçə tur öncə bəlli olub.
Qeyd edək ki, turun digər oyunları sabah və bazar günün keçiriləcək.
Misli Premyer Liqası
III dövrə, XXXII tur
19:30. "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt. "SOCAR Polymer Arena".